“8 günə öldürür, peyvəndi yoxdur...” – ÜST tərəfindən elan olunan yeni virusun əlamətləri

“8 günə öldürür, peyvəndi yoxdur...” – ÜST tərəfindən elan olunan yeni virusun əlamətləri

Ötən gün ÜST tərəfindən elan olunan yeni virusun əlamətləri bəlli olub.

Sfera.az bildirir ki, elm adamları “Marburq”un 3 gün ərzində ortaya çıxan simptomlarını açıqlayıblar.

 

Belə ki, virusun ilk əlamətləri bunlardır: Qızdırma, şiddətli baş ağrısı, əzələ ağrısı, sulu ishal, mədə ağrısı, ürəkbulanma, qusma.

 

Qeyd olunub ki, virusa yoluxan şəxslərin görünüşü tükənmişlik, batıq gözlər, ifadəsiz üzlər və həddindən artıq süstlük kimi vəziyyətlə təsvir olunur. Bir çox xəstənin bədənin müxtəlif yerlərində sonradan qanaxmağa başlayır. Xəstələr virusa yoluxduqdan sonra 8-9 gün ərzində həddindən artıq qan itkisi və şok nəticəsində ölürlər.

 

ÜST-nin məlumatına görə, yoluxanların orta hesabla yarısı ölür. Bununla belə, virusun ən zərərli variantlarında ölüm nisbəti 88%-ə çatır.

 

“Marburq” insanlar arasında bədən mayeləri vasitəsilə yayılır. Xəstələr sağalsa da, onların qanı və sperması aylarla virus ötürə bilir. Qurumdan bildirilib ki, virus üçün xüsusi peyvənd və ya müalicə yoxdur. Lakin ÜST bir sıra qan məhsulları, dərmanlar və immun terapiyanın inkişaf etdirildiyini vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib etdi

Ukrayna prezidenti Vladimir Zelenski The Wall Street Journal-ın Ukrayna Silahlı Qüvvələrinin müharibədə artıq 80 min əsgər itirdiyi barədə məlumatlarını təkzib ...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...