Qarabağa ilk köç başladı – Arzusunda olduğumuz Böyük Qayıdış!

Qarabağa ilk köç başladı – Arzusunda olduğumuz Böyük Qayıdış!

44 günlük tarixi Vətən müharibəsində əldə edilən qələbədən sonra bu gün işğaldan azad edilən Qarabağa ilk köç gerçəkləşir. Belə ki, bu gün Böyük Qayıdış siyasəti çərçivəsində Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq.

30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır.

 

Zəngilanın Ağalı kənd sakinləri bir neçə saat sonra illərdir həsrətində olduqları yurdlarındakı yeni evlərinə çatacaqlar. Bu tarixi bir hadisədir. Hansı ki, Qarabağın işğal tarixinə Qarabağa Böyük Qayıdış tarixi əlavə ediləcək.

Böyük Qayıdış: Zəngilana ilk köç nə vaxt başlayacaq? » Gundelik-Baku.Com

 

Məlumat üçün bildirək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

 

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kndlərinin işğaldan azad olunduğunu elan etdi. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Bu gün isə artıq Zəngilan sakinləri öz ata-baba yurdlarına qayıdır.

Zəngilana böyük qayıdış başlayır - Sakinlər doğma torpaqlarına köçürülür -  VİDEO

 

Zəngilan işğaldan azad olunarkən ölkə başçısı prezident İlham Əliyev həmin gün xalqa buranın sakinlərinin ən qısa zamanda öz ata- baba yurdlarına qayıdacaqları sözünü vermişdi. Prezident və xanımı Birinci vitse-Prezident Mehriban xanım Zəngilana səfərləri zamanı xüsusi ilə burada görülən quruculuq infrasturktur işləri ilə yaxından tanış olur, öz təklif və iradlarını bildirirdi. Və yenə ölkə başçısı buradan bir daha Zəngilan sakinlərinə ən qısa zamanda ata-baba yurdlarına qayıdacaqlarını elan etmişdi. Hesab edirəm ki, biz hazırda işğaldan azad edilən Qarabağa Böyük Qayıdış siyasətinin başlanmasının şahidi oluruq. Bu, ilkdir, ancaq son deyil. Qarşıdakı aylarda biz digər işğaldan azad edilən ərazilərə vətəndaşlarımızın qayıdışının şahidi olacığıq".

 

Turan Rzayev

MEDİA çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara münasibət

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


OXŞAR XƏBƏRLƏR

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...