“Aqressiv faiz artımına başlayan FED...” - Açıqlama

“Aqressiv faiz artımına başlayan FED...” - Açıqlama

“Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər 2020-ci ildə Covid bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir. Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya iqtisadiyyatını dizüstə qoyub”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

 

Onun sözlərinə görə, dünya dilemma ilə qarşı-qarşıya qalıb:

 

“Görünən odur ki, dünya ölkələri birinci yolu tutublar - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq. Bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

 

Qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq. Yəni Covid səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çabaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır.

 

21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25% artıracaq – bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etmiyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1%-i belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir.

 

27 iyul 2022-ci ildə isə ABŞ-da FED-in növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FED, bu dəfə ən az 0,75%, və ya hətta 1% uçot dərəcəsini artıra bilər – bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...