Maliyyə bazarlarında arzuolunmaz proseslər gedir: Neft Fondu 3 milyard dollardan çox itki ilə üzləşib

Maliyyə bazarlarında arzuolunmaz proseslər gedir: Neft Fondu 3 milyard dollardan çox itki ilə üzləşib

2022-ci ilin birinci yarısında beynəlxalq maliyyə bazarlarında baş verənlər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə mənfi təsir edib.


Sfera.az ARDNF-in ilin birinci yarısına dair açıqladığı investisiya fəaliyyətinə dair məlumata istinadən bildirir ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, inkişaf etmiş ölkələrdə son 40 ilin ən yüksək qiymət artımının qeydə alınması, geo-siyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi qlobal maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Bu vəziyyətdə qiymətli kağızlar bazarında mühüm indekslər geriləyib, səhmlər ucuzlaşıb, əksər valyutalar ABŞ dollarına nəzərən dəyərdən düşüb.


Qeyd edilən dəyişikliklər, böyük investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-in də investisiya portfelində dəyər itkisinə səbəb olub. ARDNF-in investisiya portfelinin təxminən 80 faizi səhm və istiqrazlardan ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar ARDNF-nin də investisiya portfelində qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapıb.


Bununla əlaqədar olaraq ötən yarım il ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı bazar dəyəri dəyişkənliyindən yaranan itki 3 milyard 434 milyon manata, yəni 2,02 milyard dollara bərabər olub.


Bundan başqa valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı olaraq daha 1 milyard 793,3 milyon manat (1,054 milyard dollar) itki də qeydə alınıb.
Ümumilikdə, Fondun investisiya portfelində dəyər itkisi 5,227 milyard manat (3,075 milyard dollar) təşkil edib.


Bu itki müvəqqəti xarakterlidir və yuxarıda qeyd olunan arzuedilməz proseslər aradan qalxdıqdan sonra investisiya porfelinin dəyərində müsbət dəyişikliklər baş verəcək. Lakin istisna etmək olmaz ki, mövcud geo-siyasi və iqtisadi problemlərin təsiri ilə qlobal iqtisadiyyat böhrana daxil olmasın. Əgər qlobal böhran baş verərsə, o halda, investisiya porfelinin dəyərinin azalması qarşıdakı rüblərdə də davam edəcək.


Bununla belə qeyd edək ki, ARDNF-in investisiya porfelinin ucuzlaşmasına baxmayaraq neftin və qazın bahalaşması hesabına Fondun umumi aktivləri artıb.
Artım 0,63 faiz və ya 282 milyon dollar təşkil edib. 2022-ci ilin əvvəlinə 45,025 milyard dollar olan aktivlərin dəyəri iyulun 1-də 45,307 milyard dollara çatıb.
Aktivlərin artmasına ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərin kəskin artması, əvəzində büdcə xərclərinin azalması səbəb olub.
2022-ci ilin ilk yarımili ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10,37 milyard manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9,587 milyard manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,7 milyon manat təşkil edib.
ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 4,648 milyard manat vəsait dövlət büdcəsinə transfert olunub. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,2 milyon manat yönəldilib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 11 milyon manat təşkil edib.


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...