Rusiya qazına "Bakı tıxacı", Avropa donmaqdan xilas olur? - Kremlin mümkün reaksiyaları

Rusiya qazına

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen arasında görüş baş tutub. Görüşdən sonra Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanan yeni memoranduma əsasən, Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Azərbaycandan Avropaya ixrac olunan qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Müqayisə üçün bildirək ki, hazırda bu həcm 8 milyard kubmetrə bərabərdir.

 

Bakı Aİ-in rus qazından aslılığına son verə bilərmi?

 

Aydın məsələdir ki, Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı 0-a endirmək niyyətindədir. Azərbaycanla enerji sahəsində imzaladığı Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək. Lakin bir sual aktual olaraq qalır: Azərbaycan Aİ-nin rus qazından aslılığına son verə bilərmi?

 

Cavab qısa və aydındır: Xeyr! Məsələ ondadır ki, ötənilki göstəricilərə görə, Avropa İttifaqının qaz ehtiyacı 400 milyard kubmetrdən artıq təşkil etmişdir. Bu payın 155 milyard kubu Rusiyaya aid olub. Göründüyü kimi, rəsmi Bakı bu fərqi təkbaşına aradan qaldıra bilməz. Ümumiyyətlə, Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı təkcə Azərbaycanın hesabına 0-a endirməyi düşünmür.

 

85 milyard kubmetr qaz hazırda Norveçdən tədarük edilir. Aİ-yə nəql edilən qazın 8%-i isə Əlcəzairin payına düşür. Aİ ilə bağlanan müqaviləyə görə isə Azərbaycan Avropaya göndərəcək qaz ixracatını 20 milyard kubmetrə çatdıracaq. Beləliklə, Azərbaycanın ümumi Avropa qaz tələbatında payı təxminən Qətərlə eyni olacaq.

 

Ümumiləşdirsək, rəsmi Bakı təkbaşına Aİ-in rus qazından aslılığına son verə bilməz, ancaq bu prosesdə önəmli rola malik ola bilər. Cənubi Avropanın enerji təminatında 20 milyard kubmetr həcm çox önəmli rəqəmdir.

 

Aİ-ilə imzalan memorandumdan Bakı nə əldə edəcək?

 

Razılaşma rəsmi Bakı üçün bir çox əlavə dividentlər qazandıracaq: Birincisi, aydın məsələdir ki, Aİ rəsmi Bakıdan qazı daha baha qiymətə alacaq. Bu da ölkəmizə həm xarici valyutanın, həm də ümumilikdə qazdan gələn gəlirin artması deməkdir.

İkincisi, Azərbaycan Şahdəniz” ilə yanaşı, yaxın gələcəkdə daha 5 yataqdan “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli” dan qaz hasil edəcək. Bu ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq.

Üçüncüsü, Aİ-yə qaz nəqlinin artırılması rəsmi Bakıya siyasi dividentlərdə gətirəcək. Xüsusilə Ermənistanla həllini gözləyən məsələlərdə Qərbin bitərəfliyini təmin etmək olar. Brüssel formatı çərçivəsində biz bunun əyani şahidi oluruq.

 

Kremlin mövqeyi necə olacaq?

 

Avropa İttifaqının gələcək beş il ərzində Rusiya qazından asılılığı 0-a endirmək niyyəti Kreml üçün heç də arzuedilən deyil. Avropa üzərində “qaz rıçağı”nı hər vəchlə qorumağa çalışan Rusiyanın enerji geosiyasətində həssas olduğu məlumdur. Bu mənada Kremlin imzalanan yeni memoranduma ehtimal reaksiyası olacaq.

 

Turan Rzayev

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...