ANS-in tanınmış aparıcısı yeni kanala keçməsinin səbəbini açıqladı - DETALLAR

ANS-in tanınmış aparıcısı yeni kanala keçməsinin səbəbini açıqladı - DETALLAR

ANS televiziyasının tanınmış aparıcısı Rahil Sayadoğlu və prodüseri Nazim Xəliloğlunun yeni iş yeri bəlli olub. Onlar yeni televiziya mövsümünn etibarən "Region TV”-də fəaliyyətlərini davam etdirəcək.

Bu barədə Admiral.az-a açıqlamasında aparıcı Rahil Sayadoğlu məlumat verib. O bildirib ki, özü və prodüser Nazim Xəliloğlu bu mövsüm 2 telelayihəyə start verəcək:

"Mən və ANS-dən olan həmkarım Nazim Xəliloğlu "Region TV-də iki layihədə çalışacağıq. Onlardan biri yeni layihədir. Bu haqda bir müddət sonra ictimaiyyətə məlumat verəcəyik. Hələlik, detalları tam olaraq açıqlamırıq, amma qısaca onu deyim ki, bu yeni layihə sosial şəbəkələri əhatə edəcək. Digər layihə isə "Günün ardınca" adlanır. "Region TV”-nin məşhur verilişlərindən biridir. Bu ildən layihədə dəyişikliklər olacaq. Bu dəyişikliklərdə bizim də əməyimiz olacaq. "Günün ardınca” verilişində redaktor vəzifəsində çalışacağam”.

Rahil Sayadoğlu bildirib ki, ANS bağlanmamışdan öncə təklif alıblar:

"Amma təklifi dəyərləndirməyə tələsmirdik. Çünki əlimizdə işlər vardı və işləri yarımçıq qoya bilməzdik. Amma belə alındı ki, kanalın ümumi fəaliyyəti dayandırıldı. Biz də təkliflə razılaşdıq və bu keçid reallaşdı. Əslində, ANS-dən öyrəndiklərim çoxdur. Bu kanal sözün hər mənasında məktəbdir. Amma dəyişikliklər olmadan nə yaşamaq, nə də işləmək mümkündür. Yeni kanal, yeni layihə, yeni komanda - bu dəyişiklik bizə lazım idi. Yəni bizim gedişimizin kanalın bağlanması ilə birbaşa əlaqəsi yoxdur. Bunu "batan gəmini tərk etmək" mənasında anlamaq doğru deyil. Biz ANS-in bağlanmasının hələ gündəmdə olmadığı vaxtlarda kanalı tərk etmək haqda düşünürdük. Gələcəkdə yenidən bu kanala yolumuz düşə bilər və canla-başla işləyə bilərik. Amma indiki halda getmək ən doğrusu idi bizim üçün”.

Qeyd edək ki, Rahil Sayadoğlu ANS TV-də yayımlanan "Şəbəkə” verlişinin aparıcısı, Nazim Xəliloğlu isə "Ağıl dəryası", "Beşbarmaq" layihələrinin prodüseri olub.


OXŞAR XƏBƏRLƏR

"Sifarişli oyun idi" - İşdən çıxarılan ginekoloq DANIŞDI

Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.  ...

“ABŞ və Rusiya arasında hələ də siyasi dialoq yoxdur” - Peskov

“ABŞ və Rusiya arasında hələ də siyasi dialoq yoxdur”.   Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dey...

40 yaşlı kişi itkin düşdü

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlu 05.11.2024-cü il tarixində saat 22:00 radələrində yaşadı...

Bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq - ŞƏRH

Qarabağın işğaldan azad olunduğu gündən etibarən Prezident İlham Əliyevin tapşırığı ilə bu regionda təmir-bərpa işlərinə start verilib. Hər il bu regionun bərpa...

“5-ci kolon hələ də fəaliyyətdədir” - Feyziyev

Cəmil Həsənli bu günlərdə mənim “Qafqazinfo” saytında dərc olunmuş yazıma münasibət bildirib.  Münasibətindən aydın olur ki, yazdıqlarımı başa ...

Lavrov: "Moskva və Bakı təyyarə qəzası məsələsini həll edə bilər"

"Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının dekodlanması mediada verilən b...