72 yaşlı kişinin cəsədi 6 il mənzildə qalıb

Kriminal
10:28 / 17.07.2022
16551
6 il əvvəl dünyasını dəyişən kişinin meyiti Moskvanın mərkəzindəki mənzildə tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə informasiyanı “Moskva” xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
“Cümə axşamı, iyulun 14-də Zemlyanoy Val küçəsindəki mənzildə 1950-ci il təvəllüdlü kişi meyiti tapılıb”, deyə mesajda bildirilir.
Nəşr yazır ki, kişi divanda uzanıqlı halda olub. Zorakı ölüm əlaməti tapılmayıb. İlkin məlumata görə, təqaüdçü kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.