İngiltərədə fövqəladə vəziyyət elan olunub

İngiltərədə fövqəladə vəziyyət elan olunub

İngiltərədə fövqəladə vəziyyət elan olunub.

Sfera.az bildirir ki, buna səbəb isti hava durumu olub.

 

Belə ki, Britaniya meteorologiya orqanları ölkə daxilində temperaturun 40 dərəcəyə çatacağını bildirərək, daxili bölgələr üçün ilk dəfə ən yüksək siqnal olan "qırmızı xəbərdarlıq" edib. Buna uyğun olaraq, dəmir yollarında sürət məhdudiyyətlərinin olduğu, məktəblərin vaxtından əvvəl bağlandığı və xəstəxana görüşlərinin ləğv edildiyi bildirilib. Asfalt yollarda əriməni azaltmaq üçün qumun səpilməsinin nəzərdə tutulduğu vurğulanıb.

 

Digər tərəfdən İspaniya, Portuqaliya və Fransada 40 dərəcədən yuxarı temperatur səbəbiylə meşə yanğınlarının davam etdiyi vurğulanıb. İspaniyanın meteorologiya orqanları (AEMET) ölkədə temperaturun bazar ertəsindən etibarən nisbətən aşağı düşməyə başlayacağı, lakin temperaturun Kataloniya sahillərində, yarımadanın cənub-şərqində, La Korunada 35-36, Guadiana və Mino de Orense vadilərində 44 dərəcədən yuxarı olacağı barədə xəbərdarlıq edib. Baş nazir Pedro Sançes ölkənin həddindən artıq istilərdən risk altında olduğunu açıqlayıb. Ekologiya Nazirliyi ölkənin su ehtiyatlarının 44,4 faiz dolu olduğunu vurğulayıb. Fransa meteorologiya rəsmiləri həftə sonu Aralıq dənizi sahillərində 36-40 dərəcə isti gözlənildiyini, havada rütubətin aşağı səviyyədə qalacağını bildiriblər. Qeyd edilib ki, meşə yanğınları nəticəsində ölkədə 7 min hektardan çox meşə sahəsi kül olub və yanğınla mübarizəyə 1000 yanğınsöndürən, 9 yanğınsöndürən təyyarə cəlb olunub. İsti dalğanın çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...