Bakının səbir kasası daşır - Prezident yeni əməliyyatın anonsunu verdi

Bakının səbir kasası daşır - Prezident yeni əməliyyatın anonsunu verdi

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib və nitqi əsnasında bir sıra məqamlara toxunub.

 

Prezident bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığını desə də, hələlik real nəticələrin əldə olunmadığını da vurğulayıb.

 

“Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”, ölkə başçısı deyib.

 

Prezidentin çıxışı Azərbaycan-Ermənistan münasibətləri üzrə həm sülhə çağırış, həm də rəsmi İrəvana xəbərdarlıq mahiyyəti kəsb edir.

 

Delimitasiya prosesindən razıyıq, ancaq...

 

Ölkə başçısı müsbət məqamlardan bəhs edərkən sərhədlərin delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirilməsindən danışıb. Prezident “bu, ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Əlbəttə, bu formatdan bu tezliklə nəsə gözləmirik” deyib.

 

Delimitasiya prosesi həqiqətən də uzun bir prosesdir, ancaq Bakı rəsmi İrəvanın bu prosesdə konstruktivliyini və ümumən prosesə maraqlı olmasına dair işartıları görmək istəyir. Lakin Ermənistan tərəfi buna o qədər də meyilli deyil.

 

Prezident tərəflər arasında birinci görüşün keçirilməsindən bəhs edərkən  görüşün daha çox tanışlıq xarakteri daşıdığını, gələn ay ikinci görüşün keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Məhz prezidentin ikinci görüşlə bağlı “ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq” deməsi rəsmi İrəvana bir xəbərdarlıqdır.

 

Rəsmi Bakı Ermənistanın istər Rusiyanın, istərsə də Avropa İttifaqının təşəbbüsləri ilə əldə edilən razılaşmaların bir qismindən yayınması, qol-qanad açıb vaxt udmasına razı olmayacaq. Yəni proses 27 illik mənasız danışıqların bənzəri olan yeni müstəviyə keçməyəcək. Rəsmi Bakının Ermənistana güzəştə gedəcək növbəti 27 ili yoxdur.

 

5 baza prinsipindən yayınmaq olmaz

 

Digər müsbət hal kimi ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. Bununla belə, Prezident Ermənistanın bu məsələdə konkret addımlar atmamasından gileylənib.

 

Prezidentin 5 baza rpinsipini dilə gətirməsi heç də təsadüfi deyil. Prezidentin də dediyi kimi, rəsmi Bakının bu təklifi beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşıb və Ermənistan rəhbərliyi də bunu qeyd-şərtsiz qəbul edib. Digər tərəfdən, bu məsələni qonşu dövlətlər Türkiyə, Rusiya, İranla, habelə Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları müzakirə edib.

 

Prezident bir daha Ermənistan hakimiyyətinə sığına biləcəyi limanın qalmadığını, proseslərin təkcə Bakının istəyi ilə deyil, regionda marağı olan bütün ölkələr nəzərə alınaraq tərtib edildiyi mesajını vermiş oldu.

 

10 noyabr bəyanatının icra edilməyən maddələri

 

Prezidentin çıxında Ermənistana açıq xəbərdarlıqlar isə məhz 10 noyabr bəyanatı barədə danışarkən hiss edildi:

 

“Əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb”.

 

Söhbət erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasında gedir ki,  hazırda bu məsələ rəsmi Bakını narahat edən ən əsas mövzudur. Təəssüf ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb.

 

Prezident çıxışı zamanı Rusiyanın 10 noyabr bəyanatının 4-cü bəndini, yəni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmadığını tez-tez yada saldı. Bu əslində regionda yeni hərbi əməliyyatların xəbərdarlığıdır. Prezident burada topu həm də Kremlin üzərinə atır. Çünki Bakı sülhməramlıların regiona gəlməsinə o şərtlə icazə verib ki, işğalçı qüvvələr Azərbaycan ərazisini tərk etsin. Az qala iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb.

 

Rəsmi Bakı 2022-ci ilin martında Fərrux yüksəkliyini və Fərrux kəndini separatçılardan təmizləməklə həm rəsmi İrəvana, həm də Kremlə ilk ciddi xəbərdarlığı etmişdi. Mümkündür ki, yenidən bu dəfə daha təsirli bir xəbərdarlıq edilsin. Konkret tarix demək üçün tez olsa da, mümkündür ki, bubugüki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra nələrəsə aydınlıq gəlsin.

 

İrəvan status iddialarına Bakının Zəngəzur cavabı

 

Ölkə başçısının çıxışda diqqətçəkən ən önəmli məqamlarından biri də son vaxtlar Ermənistan rəhbərliyinin dilə gətirdiyi status məsələsi oldu. Ölkə başçısı qeyd etdi ki, “müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur”.

 

Düzdür, rəsmi İrəvan müəyyən müddət buna əməl etdi, lakin son zamanlar bu məsələ yenidən gündəmə gətirilməyə çalışılır. Cənab prezident bir daha qeyd etdi ki, heç bir status müzakirə predmeti deyil. Rəsmi İrəvan bundan sonra yenə status məsələsini dilinə gətirsə, biz də status haqqında danışa bilərik. Ölkə başçısı açıq elan etdi ki, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki 1920-ci ilin noyabrında bizdən qoparılıb. Biz ki danışmırıq, amma danışa bilərik, baxaq, görək nəticəsi nə olacaq.

 

Nəticə etibarilə ölkə başçısı yeni əməliyyatların anaonsunu verdi. İcra tarixi hələlik bəlli olmasa da bugünkü Bayramov-Mirzoyan arasında görüş buna aydınlıq gətirəcək.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...