Xalq artistindən ağır sözlər: “Sənətlərini satırlar” - “Komedixana” qalmaqalı böyüyür 

Xalq artistindən ağır sözlər: “Sənətlərini satırlar” - “Komedixana” qalmaqalı böyüyür 

Son vaxtlar Azərbaycanda komediya janrında hazırlanan səhnəciklər qızğın müzakirələrə səbəb olur. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar böyük salonlarda əyləncələr təşkil edirlər. Komediya janrında fəaliyyət göstərən sənətçilər cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onların işini qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır.Son vaxtlar Azərbaycanda komediya janrında hazırlanan səhnəciklər qızğın müzakirələrə səbəb olur. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar böyük salonlarda əyləncələr təşkil edirlər. Komediya janrında fəaliyyət göstərən sənətçilər cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim onların işini qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır.


 
Bir neçə gün əvvəl deputat Etibar Əliyevin də bu barədə yazması ilə müzakirələr daha da qızışdı.


 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva əvvəlki komediya ustalarının bu işdə daha professional olduğunu bildirib:

 

“Bu gün məni televiziyalar çağırsa da, efirlərə getmək istəmirəm. Çünki bəzi adamlarla efiri paylaşmaq istəmirsən. Onlar tamaşaçıya nə verirlər ki?! Ancaq gic-gic söhbətlər… Gəncliyi düşündürəcək, onlara doğru yol göstərəcək heç nə göstərilmir. Gənclik məhvə doğru gedir. Bu gün azca müşahidə aparsanız görərsiniz ki, gənclik nə gündədir. Əvvəllər belə şeylər yox idi. İncəsənət, musiqi, teatr insanları saflığa, işığa doğru aparan yol olmalıdır. İstedad buna görə verilib, incəsənətin işi budur”.


Aktrisa qeyd edib ki, bu gün komediya səhnəcikləri hazırlayan bir çox həmkarı vətəndaşları təhqir etməklə məşğuldur:


“Çıxıb efirdə şit-şit hərəkətlər edirlər, insanları təhqir edirlər. Komediya təbii ki, cəmiyyətdə olan çatışmazlıqları göstərmək üçündür, lakin bu o demək deyil ki, sən komediya vasitəsilə çıxıb insanları təhqir edəsən. Onlar çıxıb efirdə xalqın nümayəndələrini təhqir edirlər. Bu belə olmamalıdır. Əvvəllər insanlar komediyaya baxanda fikirləşirdilər ki, “Burada məndən danışılır, mənim obrazımdır” tez özlərini yığışdırırdılar. İndikilər isə baxıb gülür, deyir ki, “Bu mənəm ha-ha-ha! Məni göstərirlər” Vallah, bu komediya deyil, başqa şeydir. İzləyici və şou nümayəndələri arasında uçurum yaranıb. Yaxşı ki, mən şou adamlarını incəsənətə aid etmirəm. İncəsənət tamam başqa aləmdir. Onlar isə sənətlərini satırlar”.


OXŞAR XƏBƏRLƏR

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...

Bakıda hansı dəmir yolları bərpa ediləcək

Növbəti 5 il ərzində Abşeron dairəvi dəmir yolu üzrə açılacaq yeni xətlərin adları məlum olub.   Sfera.az xəbər verir ki, bu haqda ADY-nin Sərnişin d...

Çimərlikdə şezlonq uğrunda dava Avropaya da çatdı - VİDEO

Avropa kurortlarında turistlər şezlonglar ətrafında ajiotaj yaradıb. Ən yaxşı yerlər ətrafında həyəcan turistlər arasında əsl qarşıdurmalara və sosial medi...

Dilə elektrik şoku effekti verən batereya dadlı çipslər buraxılıb

“Rewind” brendi uşaqlığın ən qəribə təcrübələrindən birini canlandırmaq məqsədi ilə 9 voltluq akkumulyator ətirli çiplər buraxıb. Sfera.az bildir...