Koronavirusun yeni dalğası gəlir - “COVİD-22” daha ölümcül olacaq?

Koronavirusun yeni dalğası gəlir - “COVİD-22” daha ölümcül olacaq?

Son günlər BA.4 və BA.5 ştamına yoluxmada artım müşahidə edilir. Bir sıra şəxslər bunu pandemiyanın yeddinci dalğası kimi dəyərləndirir.

Hətta Madridin regional səhiyyə naziri Antonio Sapatero “Omikron”un bu versiyalarını “COVİD-22” adlandırır. Qeyd olunur ki, yeni vaksinlər yaradılmalı, insanlar dördüncü, beşinci dəfə peyvənd olunmalı, qadağalar tətbiq edilməlidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor  Musa Qəniyev deyib ki, pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan iki əsas parametrlə dəyərləndirilir - yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı:

 

“Bu cür virusların başa çatmasının əsas şərti, onun dövrü mutasiya edərək, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir. Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, formalaşan immunitetin yeni mutantı tanımaması tamamilə qanunauyğun haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın. Bu, təbiətin hakim “birgə yaşam” qanunudur. Bütün pandemiyalar zamanı olub. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda var və bizimlə simbioz yaşayır. Yaxud  zamanında öldürücü, hazırda isə, unudulmaqda olan  Ebola virusu və.s”.

 

Müsahibimiz deyib ki, BA.4 və BA.5 ştamına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir:

 

“Bu ştamların hətta hansısa ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır.  “Omikron” ştamı mutantlarının dövri izlənməsi də bu qanunauyğunluğu təsdiq edir. Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...