“Bu Rusiyaya ciddi xəbərdarlıq idi” - Politoloq

“Bu Rusiyaya ciddi xəbərdarlıq idi” - Politoloq

Prezident İlham Əliyev ilin altı ayının yekunlarına dair müşavirədə çıxışında Ermənistan silahlı qüvvələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən çıxarılması istiqamətində Rusiya ilə danışıqlar aparıldığını, hətta iyun ayında çıxarılması üçün vaxt verildiyini qeyd edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Bakı artıq bu məsələdə hərəkətə keçib:

 

“Ölkə başçısının Rusiyaya haqlı iradı Kremlin Qarabağda deustiriktiv siyasətini və separatizmi dəstəklədiyinə ciddi xəbərdarlıqdır. Həmçinin, bununla prezident Ermənistana da ciddi mesaj verdi. Rəsmi Bakı silahlı erməni birləşmələrinin çıxarılması istiqamətində bu günə qədər danışıqlar apararaq öhdəliklərə əməl edilməsini tələb edib. Vaxt sona çatıb, amma nə Ermənistan, nə də Rusiya sülhməramlı qüvvələri tərəfindən hər hansı bir addım atılmayıb. Bu, prezident tərəfindən ilk dəfə açıq şəkildə qeyd edilir. Göründüyü kimi, Rusiya silahlı erməni birləşmələrinin çıxarılmasında maraqlı deyil, Ermənistan tərəfi də Azərbaycan ərazisində hərbiçilər saxlamaqda maraqlıdır”.

 

Ekspert bildirib ki, prezidentin silahlı erməni birləşmələri ilə bağlı verdiyi bu açıqlamanın "Laçın" dəhlizindən kənarda çəkilən yeni yolun istifadəyə verilməsi ərəfəsində olması təsadüfi deyil:

 

“Əgər, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən çıxarılmasa, anti-terror əməliyyatları keçirilə, yeni yolda sərhəd keçid məntəqəsi qoyula bilər. Prezident də qeyd etdi ki, silahlı erməni birləşmələrinin qalması dözülməzdir və buna son verilməlidir. Rusiya bu xəbərdarlıqdan nəticə çıxarmasa, Azərbaycan hərəkətə keçəcək. Silahı erməni birləşmələrinin qalması, təhlükəsizliyimizi və suverenliyimizi təhdid edir. Azərbaycan və Türkiyə bu məsələdə yekdil qərarlıdır və Moskva burada Bakının tək hərəkət etməyəcəyini yaxşı bilir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...