“Telegram” premium abunəçiləri bunu dayandıra bilərlər - YENİLİK

Cəmiyyət
22:51 / 15.07.2022
19087
Android üçün “Telegram”ın Premium abunəsi indi səsli mesajları qadağan etmək funksiyasına malikdir.
Sfera.az Mediasat.info-ya istinadən xəbər verir ki, istifadəçilər funksiyanı tətbiqin beta versiyasında aşkar ediblər.
Funksiya məxfilik parametrlərində aktivləşdirilə bilər. Məsələn, kontaktda olanlar istisna olmaqla qalan hər kəsə və ya yalnız bəzi istifadəçiləri əlavə etməklə qalan hər kəsə səsli və ya videomesaj göndərilməsini qadağan etmək mümkündür.