Elnarə Xəlilova hərbçi həyat yoldaşından ayrılıb? - AÇIQLAMA

Elnarə Xəlilova hərbçi həyat yoldaşından ayrılıb? - AÇIQLAMA

Müğənni Elnarə Xəlilova ilə həyat yoldaşı Rövşən Cahangirovun aralarında problem yaşadıqları, hətta boşanma ərəfəsində olduqları ilə bağlı xəbərlər yayılıb.

 

Kiçik oğlunun doğum gününü qeyd edən Xəlilovanın rəfiqələri məclisdə iştirak etsələr də, həyat yoldaşı həmin vaxt yanlarında olmayıb.

 

Daha sonra müğənninin sosial şəbəkə hesabında “Bir kişi sənin necə olduğunu bilmədən bir gün yaşaya bilibsə, deməli, o sənin adamın deyil”, “Bəzən yolun bir hissəsini tək keçməlisən. Bu zaman çox şeyi yenidən nəzərdən keçirmək, yeni məqsədlər qoyub, hədəflərə doğru irəliləmək mümkündür” kimi sözlər paylaşması iddiaları daha da gücləndirib. 

 

Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Elnarə Xəlilovanın mətbuat katibi ayrılıq xəbərlərini təkzib edərək “Onlar bir-birlərini ilk günkü kimi çox sevirlər” deyib:

 

“Qətiyyən belə bir şey yoxdur, oğlunun ad günündə axşam birlikdə olublar. Hazırda isə istirahət mərkəzlərinin birində tətildədirlər. Rövşən bəy hərbçidir. Hərbçilər də işləri ilə bağlı hər zaman ailələrinin yanında ola bilmir, qəfildən tapşırıq gələndə harasa yollana bilirlər. Rövşən müəllim üçün Vətən hər şeydən önəmlidir, necə ki, 44 günlük Vətən müharibəsində cəbhədə oldu. Elnarə hər şeydən tez təsirlənir, ruh halına uyğun sosial şəbəkə hesabında status paylaşır. Ola bilər ki, kitabdan hansısa bir söz xoşuna gəlib, götürüb onu paylaşıb”. 

 

Qeyd edək ki, Elnarə Xəlilova və Rövşən Cahangirov 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən dörd övladı var. 

 


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...