Məktəblərdə yer niyə yoxdur? – Birinci sinifə qəbulla bağlı rüşvət ittihamı

Məktəblərdə yer niyə yoxdur? – Birinci sinifə qəbulla bağlı rüşvət ittihamı

Valideynlər övladlarını yaşayış yerinə yaxın olan məktəblərə qoymaqda çətinlik çəkirlər. Çünki 1-ci sinfə qəbul üçün müvafiq yerlərin olmadığı deyilir. Ancaq bəzi valideynlər onlardan sonra müraciət edən şəxslərin pul qarşılığında yer tapdığını iddia edirlər.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, həqiqətən də valideynlər çox vaxt 1-ci sinifə qəbul zamanı yer problem ilə üzləşirlər.

 

Onun sözlərinə görə, ölkəmizdəki 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird dərs alır:

 

“Bir tədris ilində orta ümumtəhsil məktəblərinin birinci sinifinə 160 mindən çox şagird qəbul olunur və bu şagirdlərin 48 mini Bakı şəhərindəki 320 məktəbə gedir. Rəqəmlərə baxanda görürük ki, Azərbaycanın bütün bölgələri ilə müqayisədə daha çox şagird 1-ci sinfə Bakı şəhərində gedir. Son 3 ilin rəqəmlərinə əsasən, 1-ci sinif şagirdlərinin Bakının Xətai, Nərimanov, Yasamal, Səbail, Nizami rayonlarındakı məktəblərə getməsi ilə bağlı müəyyən problemlər var. Hazırda birinci sinifə qəbulla bağlı müəyyən əngəllərin olduğu doğrudur. Bu, Bakı şəhərində, eyni zamanda Gəncədə, Sumqayıtda, Abşeronda baş verən hadisələrdir”.

 

K.Əsədov qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə və mətbuatda məktəblərdə yer olmadığı halda kimlərinsə bu və ya digər formada məsələni həll etdiyini eşidirik:

 

“Əslində, bir il öncə Bakı şəhər Təhsil İdarəsində işləyən Namiq adlı şəxs məhz bu tipli əməlinə görə vəzifəsindən azad edilib. Demək olmaz ki, birinci sinifə qəbulla bağlı pul verilməsi halları yoxdur, təbii ki, belə halların olması mümkündür. Çünki bəzi məqamlarda Təhsil Nazirliyi fərdi müraciətləri nəzərə alır. Valideynlər müraciət edirlər və əsaslandırırlar ki, həqiqətən də həmin məktəbin ərazisində yaşayırlar. Bəzən olur ki, yeni tikilən binalarda kupça problem var, bu zaman valideynlər faktiki yaşayış yerini təqdim edə bilmirlər. Bütünlükdə prosesin 99 faiz şəffaf olduğunu deyə blərik, lakin şəffaf olsa da, əlçatan deyil. Çünki bəzi hallarda Xətai, Nərimanov, Səbail, Yasamal kimi rayonlarda yer tapılmır, amma kimlərsə hansısa formada övladlarını həmin ərazilərdəki məktəbdə 1-ci sinif üçün qeydiyyatdan keçirirlər. Hesab edirəm ki, bu məsələdə şəffaflığın təmin edilməsi üçün məktəblərə qəbul müvafiq qurumlardan alınıb özəl qurumlar tərəfindən həyata keçirilməlidir. Bu zaman neqativ hallar aradan qalxar. Amma birinci siniflərə qəbul zamanı prestijli, mərkəzi ərazilərdə yerləşən məktəblərə qəbul zamanı təəssüf ki, pul kimi tələblər səsləndirilir. Bu da valideynlər tərəfindən təsdiq olunur”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...