“Ukrayna Rusiya XİN rəsmisinin sülh təklifi ilə razılaşmayacaq” - Açıqlama

“Ukrayna Rusiya XİN rəsmisinin sülh təklifi ilə razılaşmayacaq” - Açıqlama

Xəbər verdiyimiz kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarının başlaması üçün şərtlərini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko sülh razılaşmasının əldə olunması üçün “Ukrayna neytral” və “nüvəsiz” statusa malik olmalı, o cümlədən Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmalıdır” deyib.

Maraqlıdır, bu şərtlər daxilində iki ölkə arasında davam edən müharibə yekunlaşa və sülh müqaviləsi imzalana bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya indiki məqamda Ukrayna ilə sülh müqaviləsi imzalamaq istəmir:

 

“Rəsmi Kiyev Moskvanın bu şərtləri ilə çətin ki, razı olsun və sülh danışıqlarına getsin. Kremlin bu mövqeyində sülhdən əsər-əlamət yoxdur. Bu diqtədir, kapitulyasiya aktından başqa bir şey deyil.

 

Ukraynanın 20 faiz ərazisi Rusiya tərəfindən işğal altındadır. Rusiya yaxşı bilir ki, Ukrayna onun təklifləri ilə razı olmayacaq və bu ona “baxın, müharibəni uzadan Ukraynadır” deməyə əsas verəcək“.

 

Politolq qeyd edib ki, Rusiyanın sözdə sülh təklifləri ilə təkcə Ukrayna deyil, Qərb və Türkiyə də razı deyil.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...