Şimali Koreya ilə Ukrayna arasında diplomatik gərginlik

Şimali Koreya ilə Ukrayna arasında diplomatik gərginlik

Şimali Koreya ilə Ukrayna arasındakı gərginlik davam edir.

Sfera.az bildirir ki, Şimali Koreyanın dövlət xəbər agentliyinə danışan Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynanın dövlətlərarası münasibətlərdə neytrallığa və ədalətə zidd hərəkətlər etdiyini iddia edib.

 

 “Kiyevin, Pxenyanın suverenliyin qanuni şəkildə həyata keçirilməsi ilə bağlı qərarını şübhə altına almağa haqqı yoxdur. Onların bu mövqeyi ABŞ-ın Şimali Koreyaya qarşı “irrasional, qeyri-qanuni və düşmənçilik” siyasətinə uyğundur”, deyə o bildirib.

 

Xatırladaq ki, Şimali Koreya Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini birtərəfli qaydada tanımaq qərarına gəlib. Ukrayna Xarici İşlər Nazirliyi bu qərarı “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa cəhd, Ukrayna Konstitusiyasının, Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının və beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirərək, Pxenyanla diplomatik əlaqələri kəsib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...