Şagirdlərin yay tətilini necə maraqlı təşkil etmək olar? – Düşərgələr yoxdur, əvəzində...

Şagirdlərin yay tətilini necə maraqlı təşkil etmək olar? – Düşərgələr yoxdur, əvəzində...

Şagirdlərin yay tətilini səmərəsiz və maraqsız keçirməsi valideynləri də narahat edən problemlərdəndir. Valideynlər yay düşərgələrinin yetərincə olmaması ucbatından övladlarının yay boyu istirahət edə bilmədiklərindən şikayətlənirlər. Yay düşərgələrini isə əsasən özəl şirkətlər təşkil edir ki, bu da hamıya sərf etmir.

Maraqlıdır,  məktəblilərin yay tətilini səmərəli keçirməsi ilə bağlı dövlət proqramına ehtiyac varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Kamran Əsədov deyib ki, yay məktəbləri ölkə daxilində və xaricində təşkil olunur:

 

“İstər ölkədə, istər xarici ölkələrdə təşkil olunan yay məktəbləri şagirdlər arasında idmanın inkişaf etdirilməsi, xüsusilə də uşaqlar və gənclər arasında idman növlərinə, müəyyən fənlərə, xarici dillərə olan məlumatlılığın və marağın artırılması məqsədi daşıyır. Yay məktəbləri təşkil olunanda bir neçə vacib nüansı nəzərə almaq lazımdır. Yaş senzi, yay məktəblərinə cəlb olunanların sağlamlıq və psixoloji vəziyəti xüsusi nəzarətə alınmalıdır. Xaricdə yay məktəbləri 8-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulur. Uşaqlar üçün yay tətilinin təşkili, düzgün düşərgənin seçimi bir çox valideynlərin qarşısında çətinlik yaradır. İlk növbədə valideynlər təhlükəsizlik axtarır. Əlbəttə ki, uşaqların yay tətili proqramı tam təhlükəsiz olmalıdır. İkinci növbədə yay tətitli proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. İl boyu parta arxasında oturan şagird yay tətilini aktiv keçirməlidir. Əlbəttə ki, bu yay tətili ərzində uşaqlar yeni biliklər qazanmalıdırlar. Bunlar hamısı xaricdə keçirilən yay tətilinin əvəzolunmaz xüsusiyyətidir”.

Kamran Əsədov sayt açdı:

Müsahibimiz bildirib ki, Avropada, xüsusilə İsveçrədə ən yüksək təhlükəsizlik sistemi mövcuddur:

 

“Yay tətili ərzində hava şəraiti uşaqların müxtəlif sosial fəaliyyətlərlə məşğul olmasına imkan yaradır. Yay düşərgələrinin çoxu ABŞ, Kanada və Böyük Britaniyada yerləşir. Bir qayda olaraq onlar məktəb, kollec və universitetlərin nəzdində fəaliyyət göstərir. ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin çoxunun daxilində tələbə yataqxanaları mövcuddur. Uşaqların xaricdə yay tətilini keçirməsi demək olar ki, ən ideal seçimdir. Hesab edirəm ki, valideynlər övladlarının yay tətilini səmərəli, faydalı və ən əsası maraqlı keçirtməsini istəyirsə, yay məktəblərinə qatılmalıdırlar. Bu xidməti göstərən çoxsaylı mərkəzlər var və bütün qeydiyyat onlayn qaydada həyata keçirilir.  Bir məsələni qeyd edim ki, məsafədən təhsil zamanı bir çox boşluqlar yarandı. Dərslər gah distant, gah əyani, gah da hibrid keçirildi. Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də yay məktəblərinin təşkilidir. Bəzən sosial şəbəkələrdə yay məktəbləri keçirilməmiş onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu, doğru fikir deyil. Yay məktəblərinin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, yay məktəblərinin təşkilinin şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik yay məktəbləri ödənişsiz və könüllüdür”.

 

Ekspert əlavə edib ki, Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi var idi:

Şagirdlər üçün yay düşərgəsi təşkil olunub | Azərbaycan Respublikası Təhsil  Nazirliyi

“Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində həm öyrənir, həmçinin də dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür. Yay məktəbləri, yay düşərgələri uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri tam olaraq bu funksiyaları yerinə yetirməyə hədəflənməsə də, ümumilikdə pandemiyanın təhsilə təsirini azaltmaq baxımından faydalı olacaq. Pandemiya dövründə təhsildə fasilələr, təhsilin formasının tez-tez dəyişməsi şagirdlərə bir il ərzində lazımi bilikləri əldə etməyə imkan verməyib. Yay məktəblərinin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq. Müəyyən fənlər var ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər. Orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən, iyulun 1-dən məzuniyyətə çıxırlar və məzuniyyət müddəti 56 gündür. Ona görə də iyunun 30-na qədər istər müddətli, istərsə də müddətsiz müqavilə əsasında çalışan müəllimlər məktəbdə olmalıdırlar. Həmin məktəbdə yay məktəbinin olub-olmamasından asılı olmayaraq bu, qüvvədədir. Yəni 30 iyuna qədər heç bir müəllim məzuniyyətə çıxmır, dərs saatına görə əmək haqqı alır və əgər ona 16-30 iyunda yay məktəbi dərsi veriləcəksə, həmin müəllim bunu yerinə yetirməlidir”.

 

Günay Rəsulqızı

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...