Rusiyaya qarşı sanksiyaların bir qismi ləğv edildi – ABŞ-la Kreml arasında gizli anlaşma?

Rusiyaya qarşı sanksiyaların bir qismi ləğv edildi – ABŞ-la Kreml arasında gizli anlaşma?

“ABŞ Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edib. Bu addımın iqtisadi tərəfi kənd təsərrüfatında qlobal böhranın yaranması, xüsusilə gübrə çatışmazlığının yaratdığı problemlərlə bağlıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

 

Onun sözlərinə görə, sanksiyaların bir qisminin niyə indi ləğv edilməsinin isə iki mümkün səbəbi var:

 

Birincisi, taxıl böhranı razılaşmasıdır. Türkiyə, Rusiya və Ukraynanın İstanbulda keçirilən görüşündə Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı anlaşma əldə olundu. Rusiyanın taxıl dəhlizinin açılmasına qarşı əsas şərti sanksiyaların yumşaldılması idi və qərarın məhz İstanbul razılaşmasından sonra verilməsi kulis danışıqlarının nəticəsi olaraq görünür.

 

İkincisi, Ukrayna cəbhəsində planın tədricən yekunlaşmasıdır: Consonun istefasında da yazmışdıq, müharibənin artıq başa çatdırılmasının vaxtıdır və yekunun payızda – rusların enerji kartının effektivliyinin artacağı dövrdə olacağı gözlənilir. Böyük ehtimalla, Rusiya Donbası tamamilə işğal etdikdən sonra “mövqe müharibəsi” mərhələsi başlayacaq, paralel olaraq, danışıqlar masası qurulacaq və sanksiyalar bir qədər də yumşalacaq, proseslər buna doğru gedir.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...