Canlı yayımda aparıcının burnundan qan açıldı - VİDEO

Canlı yayımda aparıcının burnundan qan açıldı - VİDEO

Çinli aparıcının görüntüləri sosial mediada gündəm olub.

Sfera.az bildirir ki, “Suzhou” kanalının aparıcısı Huang Xinqi canlı yayımda xəbərləri təqdim edərkən qəfildən burnu qanayıb. Buna baxmayaraq, aparıcı verilişi dayandırmayıb və məlumatları oxumağa davam edib.

 

Diktor efir boyu sakitliyini qoruyaraq xəbər buraxılışını bitirib. Ardınca bununla bağlı açıqlama verən Xinqi o anda yeganə düşüncəsinin yayıma davam etmək olduğunu söyləyib.

 

Sözügedən video qısa zamanda çoxlu baxış toplayıb. Lakin diktorun bu addımı sosial medianı iki yerə bölüb. Bəzi istifadəçilər Huang Xinqin peşəkarlığını tərifləsə də, digərləri "xəbərləri təqdim etmək insan həyatından daha dəyərlidir?” kimi arqumentlərlə aparıcını tənqid ediblər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR