Donald Tramp: “Növbəti seçkilərdə namizəd olacam”

Donald Tramp: “Növbəti seçkilərdə namizəd olacam”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti seçkilərdə iştirak edəcək.

Sfera.az bildirir ki, bu barədə o, müsahibələrinin birində danışıb. Sabiq prezident artıq qərarını verdiyini, heç bir şeyin ona təsir etməyəcəyini deyib:

 

“Beynimdə bu məsələni həll etmişəm. Lakin əsas böyük qərar namizədliyimi noyabrda keçiriləcək Konqres ara seçkilərindən əvvəl, yoxsa sonra açıqlamağımla bağlı olacaq”, deyə Tramp söyləyib.

 

Ara seçkilərdən əvvəl açıqlama vermənin üstünlük olacağını deyən Tramp bunun digər potensial namizədləri öz kampaniyalarına başlamaqdan çəkindirə biləcəyini vurğulayıb:

 

“Digər potensial Respublikaçı namizədlərdən narahat deyiləm. Hazırda Respublikaçıların ən güclü namizədi hesab edilən Florida qubernatoru Ron DeSantisi də rəqib olaraq görmürəm”.

 

Qeyd edək ki, daha əvvəl Donald Trampın 2024-cü il seçkilərinə namizədliyini sentyabr ayında açıqlayacağı iddia edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR