Paşinyanın Makrona zənginin pərdəarxası – Nə etmək istəyir?

Paşinyanın Makrona zənginin pərdəarxası – Nə etmək istəyir?

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidentini ölkənin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə təbrik edib. Paşinyan telefon danışığı zamanı Ermənistanın Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirdiyini söyləyib. Paşinyan Makronu Ermənistana dövlət səfərinə də dəvət edib.

 

Məlum telefon danışığını Sfera.az-a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Paşinyanın Makronu dəvət etməsində iki fərqli məqam var. Birincisi, bu dəvət haradasa Azərbaycan üçün də müsbət dəyərləndirilə bilər:

 

“Belə ki, Avropa İttifaqı (Aİ) və Fransa Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır. Aİ-nın həm Zəngəzur dəhlizinin açılması, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm də Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasında marağı var. Məlumdur ki, son vaxtlar Paşinyanın ritorikası dəyişib, o, daxildəki radikal, şovinst və revanşist müxalifətin təzyiqi nəticəsinə sülh prosesindən uzaqlaşır, Azərbaycan əleyhinə müharibə ilə bağlı bəyanatlar verir, guya Azərbaycan müharibəyə hazırlaşır. Eyni şəkildə ordu daxilindəki Rusiyaya meyilli qüvvələrin təzyiqi ilə üzləşir və beləliklə, məcbur qalıb sülh prosesi və Zəngəzur dəhlizinin açılması məsələsindəki iştirakından uzaqlaşır. Fikrimcə, Ermənistan həm Fransa, həm də Aİ-nın dəstəyi ilə yenidən Azərbaycanla sülh prosesinə, sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin həllinə qayıda bilər”.

 

Analitikin fikrincə, Paşinyanın dəvətinin bizim üçün neqativ tərəfi bu ola bilər ki, baş nazir bu dəvətdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində rolunu “yüksək” qiymətləndirir:


“Məlumdur ki, Azərbaycan artıq ATƏT-in Minsk qrupunu tanımır,  bu təşkilatın məhv olduğunu, öz vəzifəsinin öhdəsindən gəlmədiyini bildirir. Dövlətimiz artıq bu qurumu münaqişə ilə bağlı həlledici orqan kimi  görmür, onun fəaliyyətini bitmiş sayır. Ona görə də Paşinyanın bu dedikləri Azərbaycan üçün qəbulediməzdir. Bunu dəfələrlə demişik, istər Fransa, istərsə də ABŞ-ın ATƏT-i yenidən dirçəltmə cəhdləri bizim üçün keçərsizdir və bunu heç zaman qəbul etmək fikrində deyilik!”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürüldü, saxlanılan var

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.  ...

Türkiyə müdafiə sənayesi məhsulları Azərbaycanda nümayiş olunacaq

Türkiyə müdafiə sənayesi məhsulları Azərbaycanda nümayiş olunacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.  ...

"Bakıkart" tətbiqi nə zaman işləyəcək?

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi "BakıKart" tət...

Zirəddinin 7 il öncəki ŞOK proqnozu: “Rəisi də buna görə ölmüş ola bilər”

İsrailin “Hizbullah”a qarşı Livanda keçirdiyi peycer əməliyyatı bütün dünyada təəccüblə qarşılanıb.   Baş verən partlayışlardan sonra tan...

Blinken İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, m...

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...