İsrailli nazirin su şüşəsi ilə "İMTAHANI": Bu görüntülər marağa səbəb oldu - VİDEO

İsrailli nazirin su şüşəsi ilə

İsrailin müdafiə naziri Benni Qantzın su şüşəsini maraqlı üsulla açmağa çalışmasının görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə videonu İsrailin "Haaretz" qəzetinin əməkdaşı Uriah Kanaff yayıb.

 

Görüntülər Ben Qurion Beynəlxalq Hava Limanında ABŞ Prezidenti Co Baydenin qarşılanma mərasimindəndir. İsrailli nazir su şüşəsini qapağını əli ilə aça bilməyib. Dişlərindən istifadə edib. Lakin videonun davamı olmadığı üçün nazirin cəhdinin uğurlu alınıb-alınmadığı bilinmir.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin 13-16 iyul tarixlərini əhatə edən Yaxın Şərq səfərinin ilk dayanacağı İsrail olub. Bayden İsrail sonra Fələstinə və Səudiyyə Ərəbistanına səfər edəcək.

 

 

 

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR