Kim Çen In iki məmuru raketlə edam etdi

Kim Çen In iki məmuru raketlə edam etdi

 

Edam kütlə qarşısında həyata keçirilib.

Şimali Koreyanın lideri Kim Çen Inın əmri ilə ölkənin iki yüksək vəzifəli məmuru edam edilib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq informasiya Cənubi Koreyanın "Çunan ilbo” qəzetində dərc edilib. 

Qəzetin mənbəsinin sözlərinə görə, kütlə qarşısında sabiq kənd təsərrüfatı naziri Hvan Mini və Təhsil Nazirliyində yüksək vəzifə tutan Ri Yon Çjini zenit qurğusundan atəş açaraq edam ediblər. 

"Edam Kim Çen Inın şəxsi əmri ilə Hərbi Akademiyanın həyətində həyata keçirilib”, - nəşr məlumat yayıb. 

Məlumata görə, Hvan Minin güllələnməsinə səbəb "onun siyasətə dair təklifini şəxsi çağırış kimi qəbul edən Şimali Koreya liderinin narazılığı olub”.

Edam edilən ikinci şəxsin günahı Kim Çen Inın çıxışı zamanı iclasda yatması olub. "O, dərhal həbs edilib, dindirilib və korrupsiyada ittham edilib”, - "Çunan ilbo” yazır. 

Qəzetin mənbəsinin məlumatına görə, bu, Kim Çen Inın hakimiyyətə gəldiyi dövrdən bəri ilk dəfədir ki, hərbçi və ya partiya üzvü olmayan şəxslər edam edilir. "Bu Şimali Koreyada təmizləmələrin miqyasının genişləndiyi və bu il yüksək vəzifəli məmurların ölkədən qaçmaları ilə əlaqədar ola bilər”, - nəşr yazır. 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...