“Öz nömrəmi sosial şəbəkədəki səhifəmə qoymuşam ki…” – Hərbi ekspertdən QAZİLƏRƏ ÇAĞIRIŞ

“Öz nömrəmi sosial şəbəkədəki səhifəmə qoymuşam ki…” – Hərbi ekspertdən QAZİLƏRƏ ÇAĞIRIŞ

Sfera.az-ın suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırır.

Müsahibəni təqdim edirik .

 

 - Ədalət bəy, 44 günlük Vətən Müharibəsindən sonra artıq 36 qazimiz özünə qəsd edib. Necə düşünürsünüz, bu intiharların səbəbi nədir? Baş verənləri sırf sosial problemlərlə əlaqələndirmək olarmı?

 

- Vətən müharibəsi iştirakçılarının sosial problemləri kifayət qədərdir. Amma onların ilk dövbədə səlahiyyətli şəxslər, icra başçıları, nazirlər, nazir müavinləri və s. şəxslər tərəfindən dinlənilmək problemləri var. Onlar dərdlərini danışmaq istəyirlər. Bu insanlara xüsusi münasibət göstərilməlidir. Onlar deyir ki, biz sizdən ötürü döyüşmüşük, yaralanmışıq, siz də bizi dinləməli, bizə köpmək etməlisiniz. Bu baş vermədikdə xoşagəlməz nəticə ilə qarşılaşırıq, qazilərimiz inthara cəhd edir. Sabirabadda intihar etmiş Qarabağ qazisi Elvin Cəfərovun çıxışını dinlədim. Onun nə qədər psixoloji problemlərinin olduğu deyilsə də, gətirdiyi iradlar ağılabatan idi. İcra başçısı qazimizi bu həddə çatdırmamalı idi. İcra başçısının açıqlaması cəmiyyəti qane etmir.  Hər bir intihar faktı ayrı-ayrılıqda araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

 

Xatırlayırsınızsa, bir müddət öncə bir qrup müharibə veteranı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısının şüşəsini sındırmaq məcburiyyətində qaldılar. O zaman qeyd etmişdim ki, heç cür şüşənin sındırılmasına haqq qazandıra bilmərəm, amma dövlət məmurları da qazini qapı arxasında saxlamamalıdır. Düşünürəm ki, əgər dövlət məmurları qazilərimizə qarşı dürüst olsalar, onlarla etik davransalar, problemlərinə həssas yanaşsalar xoşagəlməz halları sayı da xeyli azalar.  Müharibədə iştirak etməyənlər Qarabağda döyüşən oğlanları dinləməlidirlər. Təbii ki, intihar çıxış yolu deyil, doğru seçim deyil. Qazilərimiz gərək öz haqları uğurunda səbrlə, qanun çərçivəsində mübarizə aparsınlar. Mən öz nömrəmi sosial şəbəkədəki səhifəmə qoymuşam ki, hansı qazinin sosial, psixoloji problem varsa, mənə zəng etsin. Onlara gücüm çatan köməklikləri etməyə hazıram. Hansısa vicdansız məmurun məsuliyyətsiz hərəkətinə görə intihara əl atmaq olmaz. Erməniyə qalib gələnlər, qanun çərçivəsində vicdan yoxsullarına qarşı da mübarizə aparıb qələbə əldə edə bilərlər.

 

- Qazilərimizin hədəfində əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və rayon icra hakimiyyətləridir. Hər iki dövlət qurumlarının nümayəndələrini dinlədikdə onlar da öz mövqelərini ortaya qoyurlar. Əgər belədirsə, qazilərimizin intiharına görə məsuliyyəti kimlər daşıyır? Yaxud da niyə bu günə qədər 36 qazinin intiharına görə heç kəs cəzalandırılmayıb?

 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri, müharibə veteran təşkilatları və digər qurumlardan zaman-zaman şikayətlər olub. Burada konkret bütün dövlət orqanlarının məsuliyyət daşıdığını söyləmək mümkün deyil. Elə məsələlər var ki, yerli, eləsi də var ki, mərkəzi icra orqanları tərəfindən həll edilməlidir. Qeyd olunduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra 36 intihar faktı olub. Hər bir intihar faktı individual şəkildə araşdırılmalıdır. Təəssüflər olsun ki, bu günə qədər heç kəs məsuliyyətə cəlb edilməyib. Bu da cəmiyyətdə qıcıq doğurur.

 

 - Mətbuatdan və sosial şəbəkədəki müşahidələrimizdən də görürük ki, kimlərsə qazilərimizin intiharlarını malalamaq cəhdlərilə məşğul olur. "Günahkarlar cəzalandırılsın" deyənləri az qala, dövlətə qarşı çıxmaqda ittiham edirlər. Sizcə, "malalamaq" siyasəti problemin həlli yoludurmu?

 

- Biz problemi ort-basdır edəriksə, hansısa vəzifəli şəxsin müdafiəsinə qalxarıqsa, o zaman problem daha da dərinləşər. Bu problemlərin həllilə bağlı təkliflərim var, amma təəssüf ki, bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki əlillərin bərpa və reablitasiya mərkəzi istisna olmaqla, heç bir dövlət qurumu məni dinləməyib.

 

- Təklif etmisiniz ki, müharibə veteranlarının problemlərinin həlli üzrə dövlət qurumu yaradılsın. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

 

- Bəli mən əlil və müharibə veteranlarının problemlərinin həllilə bağlı ayrıca dövlət qurumunun yaradılmasını təklif etmişəm. Bu qurum icra hakimiyyətlərinin balansında olmamalıdır. O, birbaşa Nazirlər Kabinetinə tabe olmalıdır. Bu qurumda müharibə veteranları çalışmalıdırlar. Onlar qazilərimizin problemlərini sistemləşdirməli və çıxış yollarını gösrətməklə digər dövlət qurumlarına məlumatlar, müraciətlər ünvanlamalıdırlar. Qazilərlə iş üzrə qurum dövlətlə müharibə veteranları arasında əlaqələri gücləndirməli, koordinasiya etməlidir.

 

- Biz qazilərimizin problemlərilə bağlı daha çox dövlət qurumlarınınü üzərinə gedirik. Amma sanki cəmiyyət olaraq da qazilərimizə laqeydik. Məsələn, QHT-lər qazilərlə bağlı müxtəlif layihələr həyata keçirə, yay düşərgələri təşkil edə bilərlər. Eyni zamanda rayonlarda qazilərlə bağlı çay evləri, istirahət mərkəziləri açmaq olmazmı?

- Minlərlə qazinin problemlərinin həlli QHT-lərin imkanları çərçivəsində deyil. Problemin həlli üçün sistemli, ardıcıl yanaşma lazımdır. Bu həssas kateqoriya ilə işləyəcək insanların özləri də həssas kateqoriyadan olmalıdır. Adında “Vətəpərvər”, “qazi”, “müharibə veteranı” sözləri olan bəzi QHT-lər hətta reketliklə məşğul olurlar. Ona görə də, qazilərimizin problemlərini bu cür QHT-lərə həvalə etmək olmaz.  Müharibə veteranları ilə bağlı müxtəlif təşəbbüslər, layihələr həyata keçirmək mümkündür. Onlar müharibədə aldıqları travmaları, psixoloji sarsıntıları özlərindən uzaqlaşdırmalı, cəmiyyətə tam inteqrasiya olunmalıdırlar. Vətəndaş cəmiyyəti onlara hüquqi və psixoloji yardımlar göstərə bilər. Amma bütün qazilərimizin problemlərinin həlli üçün mütləq ayrıca dövlət orqanının yaradılmasına ehtiyac vardır.

 

Söhbətləşdi: Nurlan


OXŞAR XƏBƏRLƏR

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...