3 yaşlı uşağı maşında UNUTDULAR: Havasızlıqdan ÖLDÜ - BƏDBƏXT HADİSƏ

3 yaşlı uşağı maşında UNUTDULAR: Havasızlıqdan ÖLDÜ - BƏDBƏXT HADİSƏ

Amerika Birləşmiş Ştatlarının Mayami əyalətində atası tərəfindən avtomobildə unudulan uşaq 38 dərəcədən yuxarı temperaturda havasızlıqdan ölüb.

 

Sfera.az xəbər verir ki, məktəbdə işləyən 42 yaşlı Menaxem Mendel Tauber oğlunu işə gedərkən özü ilə aparıb. Lakin onu maşında unudub. Atası oğlunu unutduğunun fərqinə çox gec varıb. Ailə 3 yaşlı Şalom Tauberi xəstəxanaya çatdırsa da, azyaşlının həyatını qurtarmaq mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Ekspertiza rəyində isə uşağın əllərində və ayaqlarında heç bir qançır tapılmadığı və onun havasızlıqdan öldüyü qeyd olunub.

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR