İlkin Süleymanovun məhkəməsi təxirə salındı

İlkin Süleymanovun məhkəməsi təxirə salındı

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə bu gün keçilməli olan məhkəmə prosesi təxirə salınıb.

 

Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı baxış iclasının təxirə salınmasına səbəb işə baxan hakim heyətindən birinin əmək məzuniyyətində olması olub.

 

Proses qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

 

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.(apa)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçi...

Naxçıvanda AĞIR QƏZA: ölən və yaralananlar var - FOTOLAR

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.   Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə a...