Avropa valyutasının dəyəri düşür - Azərbaycanda banklar avronu dollardan daha ucuz alır
İqtisadiyyat
14:32 / 13.07.2022
7642
Avro/dollar məzənnəsinin enməsi Azərbaycanda da Avropa valyutasının ucuzlaşmasına səbəb olub.
Sfera.az xəbər verir ki, artıq banklar avronun nağd alış qiymətini dolların alış qiymətindən də aşağı salıblar.
Bugünə olan məlumata əsasən, nağd avronun alış qiyməti “Azərbaycan Beynəlxalq Bankı”nda 1,655 manata, “Kapital Bank”da 1,686 manata, “Xalq Bank”da 1,687 manata, “Paşa Bank”da 1,68 manata geriləyib.
Ölkəmizdə avronun ucuzlaşması dünyada dolların bahalaşması ilə bağlıdır. ABŞ valyutası son bir ayda 3 faiz, ilin əvvəlindən isə 12,5 faiz bahalaşıb. Dolların bahalaşması dolayısı ilə manatı da bahalaşdırdığından ölkəmizdə avro ucuzlaşır.
Vasif
Sfera.az