Məşhur basketbolçunun istirahətdə başına iş gəldi: Kirayələdiyi evin balkonundan yıxıldı - FOTO

Məşhur basketbolçunun istirahətdə başına iş gəldi: Kirayələdiyi evin balkonundan yıxıldı - FOTO

Məşhur italiyalı basketbolçunun tətili kabusa dönüb.

Sfera.az bildirir ki, istirahət üçün ev kirayələyən və eyvanında dostları ilə söhbət edən Alessandro Gentilenin söykəndiyi məhəccər qırılıb. Hadisə nəticəsində idmançı, 4 metr aşağı yıxılıb. “La Gazzetta Dello Sport”da yer alan xəbərə görə, qəza zamanı huşunu itirərək xəstəxanaya qaldırılan Gentilenin iki fəqərə sümüyü qırılıb. Onun 4 ay peşəsindən uzaq qalacağı öyrənilib.

Bu barədə basketbolçu İnstaqram hesabında "İtaliyaya müalicə üçün gələcəm. Mənimlə bağlı fikri və ya mesajı olan hər kəsə təşəkkür edirəm və narahatlığınız üçün üzr istəyirəm", deyə paylaşım qeyd edib.

Türkan


OXŞAR XƏBƏRLƏR