“Putin həbsxanalardan əsgər yığır” - “Telegraph” qəzeti

“Putin həbsxanalardan əsgər yığır” - “Telegraph” qəzeti

Kütləvi səfərbərlik üçün gözlədiyi dəstəyi tapa bilməyən Rusiya prezidenti Vladimir Putin ordunun dağılmasının qarşısını almaq üçün radikal qərarlar alıb.

Sfera.az bildirir ki, bu barədə “Telegraph” qəzeti məlumat dərc edib. Yazıda qeyd olunub ki, uğursuz əməliyyata görə hazırda rus qüvvələri demək olar ki, tükənmək həddindədir. Paytaxt Kiyevi ələ keçirmək planları iflasa uğrayan və əməliyyatlarını Donbas bölgəsinə keçirməli olan Rusiya prezidentinin müharibədəki itkilərdən sonra kütləvi səfərbərlik elan edəcəyi aylardır müzakirə edilsə də, reallığın tam fərqli olduğu bildirilib.

 

Qərb rəsmiləri iddia ediblər ki, çarəsiz Putin orduya Rusiyanın ən kasıb məhəllələrindən və həbsxanalarından adam cəlb edir. Məlumata görə, səlahiyyətlilər, xüsusilə işə qəbul üçün müharibəyə dəstəyin az olduğu məhəllələrdən uzaq dururlar. Həbsxanadan çıxarılan əsgərlərə “amnistiya” vəd edən hökumət yaşlıların da işə götürülməsinə icazə verir.

 

Britaniya Müdafiə Nazirliyi itkilərin Rusiyanı “qeyri-ənənəvi alışlar” etməyə məcbur etdiyini və hərbi xidmətə çağırışla bağlı ciddi problemlərin olduğunu vurğulayıb. İngilis kəşfiyyatı rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu bildirərək, yeni orduya qəbul edilən əsgərlərin döyüşə göndərilməzdən əvvəl cəmi 3-7 gün təlim keçdiyini iddia edib. Qərb mediası bu gün həbsxanalardan əsgər toplanması iddiasına geniş yer verib. “Telegraph” qəzeti sözügedən xəbər üçün “Putin həbsxanalara basqın etdi” başlığından istifadə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İcra hakimiyyətində ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.   Sfera.az-ın xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiy...

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...