Zelenski Rusiya ordusunu qorxaq adlandırdı

Zelenski Rusiya ordusunu qorxaq adlandırdı

Ukrayna prezidenti Zelenski yenə səs-küylü açıqlama verib.

Sfera.az bildirir ki, Ukrayna lideri Rusiya ordusunun məğlubiyyəti qəbul edə bilməyəcək qədər qorxaq olduğunu söyləyib.

 

“Onların artıq bizim torpaqda nə strateji gücü, nə xarakteri, nə də hər hansı anlayışları var. Rusiya bunu qəbul etməlidir”, deyə Zelenski əlavə edib.

 

Digər tərəfdən Şərqdə rus qoşunlarına qarşı müqaviməti davam etdirən Ukrayna ordusu ölkənin cənubunda əks hücuma keçib. Ordunun Xerson vilayətinin bəzi hissələrinə doğru hərəkət etdiyi bildirilib. Nova Kaxovka şəhərindəki silah anbarının hədəfə alındığına dair məlumatlar var.

 

Xatırladaq ki, Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə son vaxtlar Ukraynanın şərq bölgələrində daha da şiddətlənib. Ukraynanın “son qala” olaraq təyin etdiyi Lisiçanski tutan Rusiya Luqanskda nəzarəti ələ keçirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR