Rusiyada Azərbaycanın diaspor rəhbərinə hücum oldu – “Qaçıb tapançanı götürdüm və...”

Rusiyada Azərbaycanın diaspor rəhbərinə hücum oldu – “Qaçıb tapançanı götürdüm və...”

Rusiya Federasiyasının Vorenej şəhərində Azərbaycan diasporunun sədrinə qarşı sui-qəsd olub.

Sfera.az-ın əldə etdiyi məlumata görə,  diaspora sədri Mehdi Mehdiyev şəhərdəki “Qafqaz” kafesinə yaxınlaşırkən bir neçə nəfər ona hücum edib.

 

Amma Mehdi Mehdiyev özünə itirməyib. O, yerli jurnalistlərə verdiyi açıqlamada bildirib ki, maşınına tərəf qaçaraq oradakı tapançasını götürüb, hücum edənlərə atəş açıb. Nəticədə hücum edənlər qaçıblar.

 

Mehdiyev onu da bildirib ki, hücum edənləri tanımır. Tapançanı gəzdirmək üçün isə rəsmi icazəsi var.

 

Şahin

Sfera.az


OXŞAR XƏBƏRLƏR