"WhatsApp"dan "Apple" istifadəçilərinə ŞAD XƏBƏR

Cəmiyyət
00:17 / 13.07.2022
13605
"WhatsApp"ın iOS versiyasında mesajlara müxtəlif emojilərlə cavab verməyə imkan yaradan yeni "Reactions 2.0" funksiyası tətbiq olunub.
Sfera.az xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində mesencerin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.
Bildirilib ki, artıq mesajlara smartfonun dəstəklədiyi istənilən emoji ilə reaksiya vermək mümkündür.
Yeniliyin tezliklə Android modellərində də tətbiqiq gözlənilir.