Məşhur aktrisadan ŞOK ETİRAF: "Narkotik qaçaqmalçılığı ilə məşğul olmuşam" - FOTOLAR

Məşhur aktrisadan ŞOK ETİRAF:

2018-ci ildə sənətini atmaq qərarı verən, lakin hazırda "Netflix" istehsalı olan komediya filmi ilə ekranlara qayıtmağa hazırlaşan məşhur amerikalı aktrisa Kemeron Diaz məşhurlaşmazdan əvvəl narkotik alveri ilə məşğul olduğunu açıqlayıb.

 

Sfera.az xəbər verir ki, "Second Life" podkastında danışan ulduz aktrisa 20 yaşında Fransanın paytaxtı Parisdə başına gələnlərdən danışıb.

 

O bildirib ki, doğulduğu Kaliforniya ştatında modellikdən qazandığı pulla Parisdə özünə mənzil almaq niyyətində olub. Lakin Parisdə model kimi uğursuzluqla üzləşən Diaz, istəmədən də olsa, narkotik qaçaqmalçılığı ilə məşğul olub. Belə ki, Parisə model olmaq ümidi ilə gedən aktrisa, bir müddət iş tapa bilməyib. Sonralar tapdığı iş isə çamadanlarla Mərakeşə əşyalar daşımaq olub. Məşhur aktrisa daşıdığı əşyaların içində narkotik olduğunun fərqinə sonradan varıb.

 

O Mərakeşə çatanda səlahiyyətli şəxslər dayandıraraq çamadanını yoxlamaq istəyiblər:

 

"90-cı illər idi. Mərakeşə gedəndə sarışın, mavi gözlü bir qız idim. Hətta öz-özümə sual da vermişdim, bu çamadanın içində nə var deyə. Ancaq Parisdə tapa bildiyim yeganə iş bu idi".

 

Kemeron Diaz bu işə bulaşdığı üçün peşman olduğunu da vurğulayıb.

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...