Rusiyada yenilik -  SWIFT-in oxşarı hazırlandı

Rusiyada yenilik -  SWIFT-in oxşarı hazırlandı

Rusiyada SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sisteminin analoqu hazırlanıb.


Sfera.az rus mediasına istinadən xəbər verir ki, blokçeyn üzrə SWIFT-in öz analoqunun yeni versiyası hazırdır, pilot versiya NTI Kompetentlik Mərkəzinin “Sankt-Peterburq Dövlət Universitetinin paylanmış registrlərinin texnologiyaları” inkişafının texniki operatoru tərəfindən təqdim edilib.


“Mərkəzləşdirilməmiş banklararası maliyyə mesajlaşma sisteminin pilot versiyası sınaq üçün hazırdır və banklarda istifadə oluna bilər”, - deyə məlumatda bildirilir:

“Blokçeyn texnologiyaları bütün iştirakçılar üçün təhlükəsiz və etibarlı şərait yaratmağa imkan verir. Beynəlxalq SWIFT sisteminin analoqu artıq Rusiya Federasiyasında fəaliyyət göstərir. Belə sistemlər bankların köçürmələr, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatları tez və təhlükəsiz şəkildə ötürməsi üçün lazımdır”.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR