Fransa Rusiyadan qaz alışını tamamilə dayandırmağa hazırlaşır

Fransa Rusiyadan qaz alışını tamamilə dayandırmağa hazırlaşır

Fransanın maliyyə naziri Bruno Le Maire bəyan edib ki, Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması ən çox ehtimal olunan ssenaridir.


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda açıqlamanı nazir Fransanın cənubunda keçirilən konfransda çıxışı zamanı verib. O qeyd edib ki, Rusiyadan qaz nəqlinin tamamilə kəsilməsi ehtimalı yüksəkdir, Fransa bu ssenariyə hazırlaşmalıdır. “Bu ssenarini rədd etmək çox məsuliyyətsizlik olardı”, - deyən nazir çətin qərarı icra edəcəklərini vurğulayıb.


Le Maire söyləyib ki, idxalın dayandırılmasından sonra ilk növbədə şirkətlər və ev təsərrüfatları enerji istehlakını azaltmalıdır. O daha sonra müxtəlif ölkələrdən LNG daşımaları üçün yeni infrastruktur işlərinin aparılacağını bildirib.


Son məlumatlara görə, Fransa ümumi qaz idxalının 17 faizini Rusiyadan təmin edir. Bu, qonşu ölkələrlə müqayisədə aşağı göstəricidir.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR