Avropada qazın qiyməti düşdü - Min kubmetr üçün 1800 dollar

Avropada qazın qiyməti düşdü - Min kubmetr üçün 1800 dollar

Avropada qaz iyulun 11-də keçirilən hərracda ucuzlaşıb.


Sfera.az xəbər verir ki, “London ICE” birjasının məlumatına görə, avqust fyuçerslərinin dəyəri 3,4 faiz azalaraq min kubmetr üçün 1800 dollar olub. Ticarət zamanı qiymət min kubmetr üçün 1620 dollara düşsə də sonradan qiymət yüksələrək 1800 dollarda dayanıb.


Qazın ucuzlaşmasına “Şimal axını”nın istismarı üçün zəruri olan turbinin alışına qoyulan məhdudiyyətin götürülməsidir. Kanada həmin turbini göndərəcəyinə dair vəd verib. Ehtimal olunur ki, avadanlıq iyulun 14-dən sonra göndərilə bilər. Göndərmək təxminən iki həftə çəkir.


Qeyd edək ki, avadanlıqlar sanksiyalara görə “Qazprom”a qaytarılmayıb və iyunun ortalarında şirkət texniki nasazlıqlara görə “Şimal axını” ilə təzyiqin həcmini azaltmaq məcburiyyətində qaldığını bəyan edib.


Xətdə iyulun 21-dək planlı texniki xidmət aparılacaq.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR