Sabiq Baş naziri güllələyən şəxs əməlinin səbəbini AÇIQLADI

Sabiq Baş naziri güllələyən şəxs əməlinin səbəbini AÇIQLADI

Dünən Yaponiyanın sabiq Baş naziri Şinzo Abeni güllələyərək qətlə yetirən Teçuya Yamaqami dindirilmə zamanı hücumun təfərrüatını açıqlayıb.

 

Sfera.az Yaponiya mediasına istinadən xəbər verir ki, o, bu hücumu əvvəlcədən planlaşdırdığını etiraf edib. 

 

Yamaqami Şinzo Abeyə son dərəcə qəzəbli olduğunu söyləyib. Onun sözlərinə görə, buna səbəb Abenin hansısa konkret bir təşkilatı təmsil etməsi olub. Belə ki, Yamaqaminin anası sözügedən bu təşkilata çox miqdarda maliyyə vəsaiti ianə edib, nəticədə isə ailə çətin vəziyyətə düşüb. Bu səbəbdən də, 41 yaşlı keçmiş dənizçi olan Teçuya Yamaqami Şinzo Abeni öldürmək qərarına gəlib. 

 

Burada söhbətin məhz hansı təşkilatdan getdiyi qeyd olunmayıb. Yerli media bunun hansısa dini yönümlü təşkilat ola biləcəyini güman edir. 

 

Yamaqaminin evində axtarış aparılarkən əldəqayırma silahlar, eləcə də partlayıcı qurğular aşkar olunub. 

 

Bildirilir ki, Yamaqami 3 il Yaponiyanın hərbi-dəniz qüvvələrində xidmət edib. 2005-ci ildə ordunu tərk etdikdən sonra isə 2020-ci ilə qədər zavodlardan birində çalışıb. Onun hazırda işsiz olduğu qeyd olunub. 

 

Xatırladaq ki, iyulun 8-i Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. Xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb. Teçuya Yamaqami isə hadisə yerində saxlanılıb. Yamaqaminin Abeyə əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.

 


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...