Nazir: Hindistana qısa ətəklə gəlməyin
15:46 / 29.08.2016
1435
Hindistanın mədəniyyət və turizm naziri Maxeş Şarma ölkənin kiçik şəhərlərinə səfər edən əcnəbi qadınları qısa yubkadan imtina etməyə çağırıb.
Sfera.az trend-ə istinadən xəbər verir ki, nazir bunun təhlükəsizlik məqsədi ilə tövsiyə edildiyini bildirib.
Tövsiyələr arasında gecə saatlarında təkbaşına gəzməmək, istifadə etdikləri taksilərin nişan nömrələrinin fotosunu dostlarına göndərmək də yer alıb.