Elza Seyidcahandan ETİRAF: "İlhamə Quliyevanın ayağını..." - VİDEO

Cəmiyyət
20:11 / 08.07.2022
8823
Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, "10-da görüşək" proqramına dəvət olunan Seyidcahan Xalq artisti İlhamə Quliyevanın illər əvvəl onun haqda söylədiyi "Yaxşı ayaq yumağı var” sözlərinə aydınlıq gətirib. Sənətçi İlhamə xanım üçün su gətirsə də, ayaqlarını yumadığını bildirib:
"Allah ruhunu şad eləsin! Uzun illər əvvəl İlhamə Quliyeva demişdi ki "O mənim ayaqlarımı yuyur, yaxşı ayaq yumağı var". Amma mən onun ayaqlarını yumamışdım, yolda təzyiqi qalxmışdı. Sadəcə su gətirmişdim. Tovuzda idik, qışın kəskin soyuğu idi. Ayaqları da iri ölçülü idi. Vannanı doldurmalı olduq ki, ayaq onun içinə girsin. Onu bir zülmlə gətirmişdim ki..."