Güzəştli mənzil satışı işi üzrə 1 nəfər beynəlxalq axtarışa verildi - RƏSMİ

Güzəştli mənzil satışı işi üzrə 1 nəfər beynəlxalq axtarışa verildi - RƏSMİ

30 mart 2022-ci il tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatlarından istifadə etməklə mənzil seçimi prosesinə müdaxilə halları müşahidə edilib.

 

Sfera.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova APA-ya bildirib ki, faktla bağlı DTX-də başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib.

 

“Başlanmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA-nın növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə satışı həyata keçirilərkən mənzil seçimi sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı öz təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa olunub, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində işin hallarından asılı olaraq müvafiq qəti-imkan tədbirləri seçilib. Əlavə olaraq, 1 nəfər barəsində beynəlxalq axtarış elan olunub”, - DTX əməkdaşı qeyd edib.

 

Onun sözlərinə görə, müəyyən edilib ki, 171 şəxs mənzilləri birbaşa təqsirləndirilən şəxslərdən əldə etdiyi xüsusi proqram təminatı vasitəsilə seçib: “60 nəfər digər şəxslərdən əldə etdikləri proqramlardan, 106 nəfər isə informasiya sahəsində xüsusi bilikləri olan şəxslərin xidmətlərindən istifadə edərək mənzilləri seçiblər”.


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər

Əgər Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləvi hal alarsa, ikitərəfli münasibətlərə zərbə vura bilər.   Sfera.az xəbər verir ki, bunu Milli Mə...

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...