“İran Ermənistanın Azərbaycanla sülh sazişi bağlamasına maneçilik törədir” - Politoloq

“İran Ermənistanın Azərbaycanla sülh sazişi bağlamasına maneçilik törədir” - Politoloq

 “İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Bu xüsusda İran rəsmilərinin İrəvana səfəri və erməni rəsmiləri ilə danışıqlarda antiazərbaycan mövqeləri aydın görünür”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O bildirib ki, Tehran regionda sülhün əldə edilməsindən sonra Türkiyənin regionda geostrateji mövqeyə sahib olacağından, Ermənistanın İranın deyil, Türkiyənin təsir dairəsinə düşəcəyindən narahatdır:

 

“Ona görə də hər vəchlə həm Zəngəzur dəhlizinə qarşı çıxır, həm də Azərbaycana qarşı məzhəbçi  təzyiqlərə əl atır. Bu kontekstdə İran Azərbaycan və Türkiyəyə qarşı öz ərazisindən informasiya vasitələrindən istifadə edərək əks-təbligat işi aparır.

 

Xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri və Tehran rəsmilərinin Bakıya səfərləri qarşı tərəfdən qaynaqlanan problemə son verilməsinə gətirib çıxarmalıdır. Bundan əlavə, Ermənistanın atəşkəsi mütəmadi pozması və sülh danışıqlarından yayınmasında Tehranın rolunu istisna etmək olmaz. Azərbaycanın İrana qarşı bütün müsbət reveranslarına baxmayaraq Tehran Azərbaycanla məsafəli siyasət aparacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR