“Rusiya Ukraynada hələ ciddi heç nəyə başlamayıb” – Dmitri Peskov Putinin sözlərini şərh etdi

“Rusiya Ukraynada hələ ciddi heç nəyə başlamayıb” – Dmitri Peskov Putinin sözlərini şərh etdi

İyunun 7-də Rusiya Prezidenti Vladimir Putin parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə keçirilən görüşdə Ukraynada apardıqları müharibə ilə bağlı iddialı fikir səsləndirib. Putin müharibədə Rusiyanın hələ ciddi heç nəyə başlamadığını bildirmişdi. Prezident görüş zamanı qeyd edib ki, Qərb və Ukrayna liderləri Rusiyanı döyüş meydanında məğlub etməyin mümkünlüyü barədə bəyanatlar verirlər, lakin Moskva hələ ki, tam potensialını nümayiş etdirməyib.


Kremlin sözçüsü Dmitri Peskov Putinin “Rusiya Ukraynada hələ ciddi heç nəyə başlamayıb” sözlərini şərh edib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, Peskov bu sözləri Rusiya və Ukraynanın potensialının müqayisəedilməz olduğu anlamına gəldiyini deyib:

 

“Putin bununla sadəcə xatırlatdı ki, potensiallar tamamilə müqayisə olunmazdır. Rusiyanın bu baxımdan potensialı o qədər böyükdür ki, onun yalnız kiçik bir hissəsi hazırda xüsusi hərbi əməliyyat zamanı istifadə olunur”.


Bundan əvvəl Putin Ukraynada keçirilən xüsusi əməliyyatın yekun nəticəsinin istənilən halda əldə ediləcəyini bildirib.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.   Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər...

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.   Sfera.az-ın məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.   Qəza nəticəsində avtomobildə olan sərnişin...

Leypsiq kitabxanasında Motsartın bizə məlum olmayan əsərləri tapıldı

Leypsiq kitabxanasında tədqiqatçılar 1760-cı illərə aid bir əsər tapıblar. Bu əsər, ehtimal ki, Motsart yeniyetmə olarkən yaradılmışdır. Sfera.az bildirir ...

Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məl...

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.   Sfera.az nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 d...

Xankəndidə illər sonra İLK TOY: bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını "Baku" TV ilə bölüşüb.   Təəssüratlarının çox gözəl olduğunu dey...