Yeni qapanmalara getmək iqtisadi fəlakətə səbəb olacaq – İqtisadçıdan açıqlama

Yeni qapanmalara getmək iqtisadi fəlakətə səbəb olacaq – İqtisadçıdan açıqlama

“Yenidən qapanmaların tətbiqi ciddi iqtisadi zərərlə müşahidə ediləcək”.

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ən çox zərər görənlər günəmuzd işləyənlər, mikro və kiçik sahibkarlar olacaq:

 

“Təbii, bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil.  Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərində ucuzlaşma olacaq, nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə pul lazımdır”.

 

Ekspert əlavə edib ki, qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların qaçılmazlığı isə əlavə problemlər deməkdir:

 

“Bu zaman təklif tələbdən daha çox azalacaq. Digər tərəfdən, indi iqtisadiyyatın “gül-çiçək açdığı” 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ilidir.  Odur ki, “qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR