Türkiyədə dərmanlar bahalaşdırıldı: Bu qərar Azərbaycana necə təsir edəcək?

Türkiyədə dərmanlar bahalaşdırıldı: Bu qərar Azərbaycana necə təsir edəcək?

Türkiyədə Rəsmi Qəzetdə dərc edilən qərara görə, bu gündən etibarən bütün dərmanların qiyməti 25 faiz artırılıb.


Sfera.az xəbər verir ki, dərmanların qiymətinə yenidən baxılması avronun bahalaşması ilə bağlıdır.


Qeyd edək ki, Türkiyə Azərbaycana ən çox dərman satan ölkələrdən biridir. 2020-ci ilin məlumatına əsasən, Azərbaycan 327,1 milyon dollar dəyərində dərman alıb ki, bunun da 60 milyon dolları Türkiyənin payına düşüb. Dərman idxalının dəyərinə görə Türkiyə ilk sıradadır.


Buna görə də Türkiyədə dərmanların 25 faiz bahalaşdırılması Azərbaycanda da dərmanların bahalaşmasına əsas yaradacaq.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR