Böyük mafiya əməliyyatında Necati Şaşmazla bağlı ŞOK DETAL: Polisə elə şeylər danışdı ki..

Böyük mafiya əməliyyatında Necati Şaşmazla bağlı ŞOK DETAL: Polisə elə şeylər danışdı ki..

Türkiyədə "Sarallar" mütəşəkkil cinayət təşkilatına qarşı yeni əməliyyat keçirilib.

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, həbs olunanlar arasında iş adamı Erdal Acar və müğənni Elif Karlının həyat yoldaşı Ahmet Cengiz Karlı olub. Şübhəli Erdal Acar "cinayət törətmək üçün təşkilat yaratmaq" və "birdən çox şəxsi talan etmək" ittihamı ilə saxlanılıb.

Əməliyyat zamanı aktyor Necati Şaşmazla bağlı detal diqqət çəkib. Belə ki, Acarın həbsinə səbəblərdən biri aktyorun verdiyi açıqlama olub. Məlum olub ki, Şaşmaz polisə şikayətçi kimi ifadə verib və Acar haqqında ətraflı məlumat bölüşüb.

Ahmet Cengiz Karlının həbsinə səbəbi kimi isə, 3 şikayətçiyə qarşı talan etmə cinayəti törətdiyi və bunu təsdiqləyən telefon dinləmə qeydlərinin olduğu vurğulanıb.

O, “birdən çox şəxslə birlikdə talan etmək”, “cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olmaq” və “zor, hədə-qorxu və dələduzluq yolu ilə azadlıqdan məhrum etmə” ittihamları ilə həbs edilib.

Qeyd edək ki, dünən ədliyyəyə sövq edilən Ali Saral, Uğur Saral, Volkan Saral, Erdal Acar, Ahmet Cengiz Karlı və Şahin Gürzün də olduğu 91 şübhəlinin dindirilməsi bu gün səhər saatlarına qədər davam edib. İfadələri alınan şübhəlilərdən 78-i həbs tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə gətirilib. Hakim kabinetində dindirmələri səhərə qədər başa çatan şübhəlilərdən 40-ı tutularaq həbsxanaya göndərilib.



Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...