Qızıl ucuzlaşır: “Nəcib metal”ın bir qramının qiyməti nə qədər enib?

Qızıl ucuzlaşır: “Nəcib metal”ın bir qramının qiyməti nə qədər enib?

2022-ci ilin ikinci rübündən dolların möhkəmlənməsi qızılın qiymətinə azaldıcı təsir göstərir.


Sfera.az xəbər verir ki, 2022-ci ilin martında xalis qızılın (999,99 əyarlı) bir qramının dəyəri 65 dollar olduğu halda bu gün 55 dollara düşüb.


Qızılın ucuzlaşması son bir ayda yenidən güclənib. Bir ay əvvəl xalis qızılın qiyməti 59-60 dollara satılırdı.


Qeyd edək ki, hazırda dolların məzənnə dəyəri 2003-cü ildən sonra ən yüksək səviyyəyə qalxıb. Dolların xeyli bahalaşması qızılın daha çox ucuzlaşmasına səbəb olmalı idi. Lakin Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi böhran riski qızıllın qiymətinin daha çox düşməsinin qarşısını alır. Çünki qızıl çətin, riskli dövrlərdə ən etibarlı yığım vasitəsi olduğundan ona mövcud vəziyyətdə tələb zəifləmir.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR