Sızdırılan mesajlarında Bayden oğluna nə deyib? - 95 min dollarlıq skandalın yeni DETALLARI

Sızdırılan mesajlarında Bayden oğluna nə deyib? - 95 min dollarlıq skandalın yeni DETALLARI

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden son addımı ilə müzakirə obyektinə çevrilib.

Sfera.az bildirir ki, təhlükəsizlik protokoluna məhəl qoymayaraq təmirə verdiyi kompüteri ilə ailə və ölkə sirlərinin açılmasına səbəb olan Hanterin qalmaqallarına yenisi əlavə olunub. Belə ki, onun 2019-cu ildə getdiyi detoks mərkəzində çəkdirdiyi görüntülər ələ keçirilib. Britaniyanın “The Sun” və “Daily Mail” qəzetləri tərəfindən yayımlanan 30 yanvar 2019-cu il tarixli yeddi dəqiqəlik videoda Hanterin vannada narkotik və içkidən istifadə etdiyi görülüb. Məlum olub ki, Ağ Ev sahibinin oğlu səhhəti ilə əlaqədar atasının puluyla Massaçusetsdəki spa mərkəzinə gedib.

Sızdırılan mesajlarında prezident Bayden oğluna bunları deyib: “Səninlə əlaqə qurmağa çalışıram, sadəcə mənə zəng et. Nəyə ehtiyacının olduğunu söylə”.

 

O, daha sonra atasından geri ödəmə vədi ilə pul tələb edib. Prezident Bayden 75 min dollarlıq ilk ödənişi 2018-ci ilin dekabrında reallaşdırıb. Ardınca Nyu-Yorkdakı mərkəzə getmək üçün daha 20.000 dollar göndərib. Hanter atasını inandırıb ki, o pulla üç aylıq alkoqoldan imtina müalicəsi alacaq.


Qeyd edək ki, görüntülər Hanterin 2019-cu ildə təmir üçün verdiyi “MacBook”unda ehtiyat nüsxəsi saxlanılan iPhone telefonundan sızıb.



Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR