Türk lirəsinin ucuzlaşmasının səbəbi AÇIQLANDI

Türk lirəsinin ucuzlaşmasının səbəbi AÇIQLANDI

Türkiyənin Mərkəzi Bankı 2022-ci ilin may ayı üzrə cari əməliyyatlar balansını açıqlayıb.

Sfera.az xəbər verir ki, mayda cari əməliyyatlarda 6,47 milyard dollar kəsir qeydə alınıb. İllik cari əməliyyatlar balansında isə kəsir 29,4 milyard dollara yüksəlib.

Bu məlumatlar türk lirəsinin son aylarda yenidən ucuzlaşmasının səbəbinə aydınlıq gətirir. Bəlli olur ki, son aylarda cari əməliyyatlar kəsiri əvvəlki aylara nisbətən yüksəkdir. Belə ki, ötən 12 ayda orta hesabla hər ay 2,45 milyard dollar kəsir yarandığı halda, mayda kəsir bundan 2,64 dəfə böyük olub.

Bu fakt onu göstərir ki, 2022-ci ildə Türkiyənin xarici valyutada ödəmə qabiliyyəti zəifləyib və nəticədə lirə ucuzlaşıb. Əgər mövcud vəziyyət düzəlməsə, lirədə ucuzlaşmanın qarşısını almaq mümkün olmayacaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR