Bu baş verərsə, Ermənistan öz "çətirini" itirəcək, Paşinyan "ortalıqda qalacaq" Siyasi şərhçi 

Bu baş verərsə, Ermənistan öz

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən hökumət iclasında çıxışı zamanı bildirib ki, Türkiyə ilə sərhədin açılması istiqamətində ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır. Paşinyanın sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: "Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək üçün idarələrimizin prosesi koordinasiya etməsi çox vacibdir”.


Bu barədə Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan hakimiyyətinin Türkiyə ilə diplomatik münasibətlərin bərpası, o cümlədən quru sərhədlərin açılması üçün tələsdiyi aydındır və bu, səbəbsiz deyil:


“Çünki Paşinyan bilir ki, Rusiya ilə Ukrayna arasında müharibə başa çatandan sonra işi indikindən dəfələrlə çətin olacaq. Moskva qalib gəlsə, İrəvana təzyiqlər artacaq. Əks halda isə Ermənistan öz "çətirini" itirəcək və Paşinyan "ortalıqda qalacaq". Ona görə də Ermənistan iqtidarı indidən gələcəyə hazırlıq görmək istəyir. İrəvanın Ankara ilə quru sərhədlərini açmaq istiqamətindəki təşəbbüsləri səmimi görünür. Hər halda indi Ermənistanın başqa alternativi yoxdur. Paşinyan başa düşür ki, ölkəsinin regiondakı mövcudluğunu qorumaq istəyirsə, mütləq Türkiyə ilə "dil tapmalıdır". İkinci bir tərəfdən isə Ermənistan xarici təzyiqlərdən qorunmaq üçün Türkiyənin "çətiri altına" girməkdə maraqlıdır. Elə isə sual yaranır: bəs Azərbaycanla sərhəddəki təxribatlar nə ilə bağlıdır? Axı qardaş ölkə İrəvanın qarşısındakı bizim ərazi bütövlüyümüzü tanımağına dair konkret şərt qoymuşdu”.


Müsahibimiz bununla bağlı müxtəlif variantların mümkünlüyündən söz açıb:


“Bunlardan ən reallı təxribatların iqtidarın yox, ona əks qüvvələrin, o cümlədən "Qarabağ klanı" nın idarə etməsidir. Onlar məhz bu yolla sabitliyə mane olmaq, etimad mühitinə zərbə vurmaq istəyirlər. Əlbəttə, sabotajların "rejissoru"nun Rusiya olması da mümkündür. Çünki Kreml regionun öz nəzarətində olmasını istəyir. Ona görə də İrəvanla Ankara arasında münasibətlərin normallaşması Moskvanın ürəyincə deyil. Əslində təxribatları hansı qüvvənin idarə etməsi bizim üçün o qədər maraqlı deyil. Provokasiyalar heç də Azərbaycanın maraqlarına zərbə vurmur. Çünki artıq bir çox ekspertlərin də dediyi kimi, anti-terror əməliyyatlarının vaxtı yaxınlaşır. Əlbəttə, ehtimal edilən anti-terror əməliyyatlarından ən çox əziyyət çəkən Paşinyan hakimiyyəti özü olacaq. Bundan başqa, mümkündür ki, Ermənistan iqtidarı artıq Xankəndi və digər əraziləri Azərbaycana qaytarmaq barədə düşünür. Paşinyan bunu birdən-birə etsə, daxildə ona qarşı narazılıq yarana bilər. Ona görə də bu cür təxribatlarla Azərbaycan ordusunun əks- hücum əməliyyatlarına başlamağına zəmin yaradır”.


K.Novruzov əlavə edib ki, diqqətçəkən məqam Rusiya Prezidenti Vladimir Putinlə baş nazirin telefon danışığından sonra bu bəyanatın verilməsidir:


“Şübhəsiz, sözügedən məsələ Kreml rəhbəri ilə danışılıb. Əgər təxribatlar bundan sonra da eyni intensivliklə təkrarlansa, onda Moskva ilə İrəvan arasında müəyyən ziddiyətlərin olduğun düşünmək olar. Bütün hallarda sərhəddəki proseslərlə Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası prosesi bir- birinə zidd deyil. Əksinə, Bakı - Ankara- İrəvan xəttindəki bütün proseslər qardaş ölkələrin maraqlarına uyğun şəkildə davam etməkdədir”.


Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.   Sfera.az-ın məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.   Qəza nəticəsində avtomobildə olan sərnişin...

Leypsiq kitabxanasında Motsartın bizə məlum olmayan əsərləri tapıldı

Leypsiq kitabxanasında tədqiqatçılar 1760-cı illərə aid bir əsər tapıblar. Bu əsər, ehtimal ki, Motsart yeniyetmə olarkən yaradılmışdır. Sfera.az bildirir ...

Azərbaycanda həbsdə olmuş bloqer indi də Ermənistanda SAXLANILDI

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.   Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər...

Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məl...

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.   Sfera.az nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 d...

Xankəndidə illər sonra İLK TOY: bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını "Baku" TV ilə bölüşüb.   Təəssüratlarının çox gözəl olduğunu dey...